Ana Sayfa > Karusel / Təhsil > Nazir müavini:
Nazir müavini:2-10-2019, 11:49. Yazar: sevinc1 |
3-5 yaşlı uşaqların məktəbəqədər təhsilini təmin edən müəssisələr ölkə üzrə bərabər paylanmayıb. Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib. Onun sözlərinə görə, beynəlxalq qiymətləndirmənin nəticələrinə əsasən ölkədə təhsilin məktəbəqədər təhsil pilləsi üzrə əhatəliliyi cəmi 15 faizdir. M.Vəliyeva əlavə edib ki, məktəbəqədər təhsil ümumi təhsil pilləsinin və təhsilin formalaşmasında çox əhəmiyyətli rol oynadığı üçün Təhsil Nazirliyi məktəbəqədər təhsil şəbəkəsinin genişləndirilməsində çox maraqlıdır: "Ancaq elə kəndlərimiz var ki, orada ümumiyyətlə məktəbəqədər təhsil müəssisələri yoxdur. Elə ərazilər də var ki, orada belə müəssisələrin sayı kifayət qədər deyil. Bu baxımdan, hesab edirik ki, ümumtəhsil müəssisələrinin bazasında 3-5 yaşlı uşaqlar üçün məktəbəqədər təhsil mərkəzlərinin yaradılması uşaqların gələcəkdə təlim nailiyyətlərinə müsbət təsir etməklə yanaşı, ümumilikdə ölkəmizdə təhsilin keyfiyyətinə çox müsbət təsir edəcək". Nazir müavini qeyd edib ki, oktyabrdan ölkədə 250 icma əsaslı məktəbəqədər təlim qrupları fəaliyyətə başlayır: "Növbəti ildə daha 250 qrup fəaliyyət göstərəcək. Bu da ümumilikdə ölkənin 3-5 yaşlı əhalisinin, başqa sözlə 10 minə yaxın uşağın məktəbəqədər təhsilə cəlb olunması deməkdir". aia.az Geri dön |