Ana Sayfa > Dünya > Prezidentin qardaşı 5 il azadlıqdan məhrum edildi

Prezidentin qardaşı 5 il azadlıqdan məhrum edildi


1-10-2019, 16:23. Yazar: sevinc1
Prezidentin qardaşı 5 il azadlıqdan məhrum edildi


İran Prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firudin 5 il azadlıqdan məhrum edilib.

Trend-in məlumatına görə, bunu İranın Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili mətbuat konfransında deyib.

Q.İsmailinin sözlərinə görə, H.Firudin haqda 7 il həbs qərarı verilmişdi. Lakin Apelyasiya məhkəməsi cəzanı 5 ilə endirib.

Sözçü əlavə edib ki, digər cəzalar yəni nağd cərimə və aldığı rüşvət - 310 milyard rial (təxminən 7,38 milyon dollar) isə ödənilməlidir.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhaninin qardaşı və xüsusi köməkçisi Hüseyn Firudin may ayında korrupsiyada ittiham olunaraq saxlanılıb.

aia.az
Geri dön