Ana Sayfa > Manşet / Gündəm > Vüqar Səfərli:
Vüqar Səfərli:1-10-2019, 13:05. Yazar: sevinc1 |
![]() Jurnalistlər üçün inşa edilmiş ikinci binanın sənədləşmə prosesi tam başa çatıb. Bunu Trend-ə özəl açıqlamasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli deyib. Onun sözlərinə görə, oktyabrın 2-si saat 10:00-dan etibarən həmin binada mənzillərə çıxarışların ("kupça") verilməsi üçün sənədlərin qəbuluna başlanılacaq: "Məlumat üçün bildirim ki, Əmlak Məsələləri Dövlət Komitəsi, notariat kontoru və Fondun əməkdaşlarından ibarət heyət mənzillərə çıxarışların verilməsi üçün sənədləşmə işlərini aparacaqlar". Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2 oktyabr tarixində, saat 10:00-da ölkə başçısı cənab İlham Əliyevin 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada səyyar qeydiyyat xidməti göstəriləcək. Jurnalistlərin mənzillərinə dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər toplanacaq. Tədbir oktyabrın 2-si saat 10:00-da Bakı, Yeni Salyan yolunda yerləşən, jurnalistlərə verilən ikinci binanın həyətində baş tutacaq. aia.az Geri dön |