Ana Sayfa > Şou-biznes / Aia TV / Karusel > İnstitut binası çökdü, fəhlələr dağıntılar altında qaldı
İnstitut binası çökdü, fəhlələr dağıntılar altında qaldı6-07-2015, 17:16. Yazar: admin |
Tbilisidə Hesablama Riyaziyyat və Fizika İnstitutunda aparılan söküntü işləri zamanı binanın bir hissəsi uçub Aia.az xarici mətbuata istinadən xəbər verir ki, dağıntılar altında 4 nəfər qalıb. Onlardan biri artıq çıxarılıb. Verilən məlumata görə, digər 3 fəhlənin öldüyü ehtimal olunur. Hadisə yerində xilasetmə nümayəndələri və təcili tibbi yardım briqadası yerləşir. Binanın uçan hissəsində əlavə mərtəbələr tikmək planlaşdırılıb və orada fəhlələr günün 24 saatı çalışıb. Geri dön |