Ana Sayfa > Karusel / Şou-biznes > Meyxanaçı "arvadım telefon işlətmir dedi", jurnalist ifşa etdi -

Meyxanaçı "arvadım telefon işlətmir dedi", jurnalist ifşa etdi -


30-09-2019, 17:13. Yazar: sevinc1
Meyxanaçı "arvadım telefon işlətmir dedi", jurnalist ifşa etdi -


Jurnalist Könül İbrahim meyxanaçı Orxan Lökbatanlını məhkəməyə verir.

aia.az news24.az-a istinadən xəbər verir ki, buna səbəb K.İbrahimlinin meyxanaçının Aysu adlı modellə eşq yaşaması barədə yazdığı xəbərdən sonra O.Lökbatanlının onu təhqir etməsidir.

Jurnalist xanımın sözlərinə görə, o, meyxanaçının həyat yoldaşı Kəmalə xanımın fikirlərini işıqlandırıb. Eyni zamanda qarşı tərəfin mövqeyini də dərc edib. Amma buna rəğmən, meyxanaçı başqa bir sayta açıqlama verərək onu təhqir edib: "Bir neçə gün öncə meyxanaçı Orxan Lökbatanlının model Aysu ilə eşq yaşadığı barədə xəbər yayıldı. Ötən gün isə İnstaqram səhifəmizə yazdılar ki, Orxanın həyat yoldaşı danışmaq istəyir. Verilən nömrə ilə əlaqə saxladım, açıqlama aldım. Daha sonra Orxan bəyə zəng etdim. Dəstəyi götürən şəxs onun xalası oğlu Hökumət olduğunu bildirdi.

Orxanın ailəsində problem olduğunu inkar etməsə də, Aysu ilə münasibətini dandı. Həyat yoldaşının Kəmalə olduğunu da bildirdi. Səs yazıları var. Onun dediyini də olduğu kimi yazdıq. Bu gün gördüm ki, meyxanaçı məni təhqir edib. Ana-bacı, namus söhbətləri eləyib. Bu məsələni məhkəmədə həll edəcəyəm. Vəkilimlə danışmışam. Gəlib sübut etsin, görüm, namussuzluğumu harada görüb? Orxan bəy deyir ki, həyat yoldaşının telefonu yoxdur. Ailəsindən xəbəri olsaydı, həyat yoldaşının telefon işlətdiyini, İnstaqramı olduğunu da bilərdi. Kəmalə xanımın dediyi kimi, onun, gerçəkdən də, ailəsindən xəbəri yoxdur. Bu arada məhkəmədə Kəmalə xanım da şahid kimi iştirak edəcək".

Qeyd edək ki, Orxan Lökbatanlının həyat yoldaşı Kəmalə Bağırova 2015-ci ildən bu yana "İnstagram" hesabı işlədir, özünün, övladının və ailəsinin fotolarını paylaşır. Telefon işlətmədən bu mümkün olmayacağına görə, meyxanaçının yalan danışdığı bir daha ortaya çıxır.

aia.az
Geri dön