Ana Sayfa > Siyasət > AXCP üzvləri "trol dəstələri" yaradan və onu idarə edən sədrlərini ələ verdilər -
AXCP üzvləri "trol dəstələri" yaradan və onu idarə edən sədrlərini ələ verdilər -30-09-2019, 15:45. Yazar: sevinc1 |
Ayrı-ayrı epizodlar üzrə baş verdiyi üçün, bəlkə də, çoxlarının diqqətini çəkmir. Amma bu “epizodik halların” uzlaşdırılması AXCP-də ciddi bir böhran yaşandığından xəbər verir. Ailə münaqişəsi zəminində gündəmə gəldiyi üçün AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının olayı daha sensassiylı, cəlbedici görünə bilər, lakin partiyada digər formatda yaşananlar siyasi yükünə görə daha ağırdırlar. Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli deyib. Onun sözlərinə görə, AXCP üzvləri "trol dəstələri" yaradan və onu mükəmməl şəkildə idarə edən sədrlərini ələ verdilər, AXCP Ali Məclisinin üzvü Rəşid Turabovun AXCP sədri Əli Kərimli ilə danışığının səs yazısını mediaya ötürdülər: "Həmin səs yazısı bu partiyanın qanunazidd əməllərlə məşğul olduğunu, ictimai rəylə manipulyasiya etdiyini çox açıq şəkildə göstərir. İndi də AXCP Nəzarət Təftiş Komissiyasının (NTK) sədri Aydın Əliyev partiyanın sədrinə qarşı bəyanat verib. O, AXCP sədrinin xaricdən gələn qrantlar hesabına ərəb şeyxləri kimi həyat tərzi sürdüyünü deyib - “Partiya daxilində diktatura rejimi qurub. Fərqli düşünənləri, onun antidemokratik hərəkətinə etiraz edənləri ən çirkin üsullarla ləkələyib, böhtanlara məruz qoyub partiyadan uzaqlaşdırıb. Əli Kərimli bir siyasi dələduz olaraq bizi aldadıb. Bu gün də gəncləri aldadaraq öz çirkli oyunlarına qurban vermək istəyir”. Partiyanının 3 mühüm sütunundan, legitim rəhbər qurumundan biri belə açıq etiraz bəyanatıyla çıxış edirsə, bu, artıq AXCP-də böhranın rəsmən elan edilməsi, baş toplantı çağırılması üçün hüquqi zəmin olması deməkdir". aia.az Geri dön |