Ana Sayfa > Gündəm > Qarabağ komitəsinin yaradılması təklif olundu

Qarabağ komitəsinin yaradılması təklif olundu


30-09-2019, 14:29. Yazar: sevinc1
Qarabağ komitəsinin yaradılması təklif olundu


“Daimi fəaliyyət göstərən Dağlıq Qarabağ komitəsi yaradılmalıdır”
Azvision.az xəbər verir ki, belə bir təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli çıxış edib.

O qeyd edib ki, Azərbaycanın öz torpaqlarını azad etmək hüququ var: “Bizim hər gücdən istifadə etmək səlahiyyətimiz var. Biz ermənini deyil, erməni bizi düşmən seçib. Bizə düşmən gözü ilə baxanlarla milli barışıq, “xalq diplomatiyası”nı qəbul etmirəm. ATƏT-in Minsk Qrupu buranı rəqs meydançasına çevirib, rəqsə gəlməyi və bizim taleyimizi rəqs diplomatiyasına çevirmək mənə çox toxunur. Əvvəl şahmat diplomatiyasına oxşadırdılar, indi də rəqs diplomatiyası. Gəlib vals oynayıb gedirlər. Minsk Qrupunun yaradılması səhv addım idi”.
Geri dön