Ana Sayfa > Manşet / Gündəm > Deputatdan enerji içkiləri ilə bağlı təklif -
Deputatdan enerji içkiləri ilə bağlı təklif -30-09-2019, 12:54. Yazar: sevinc1 |
![]() Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Musa Quliyev televiziyada enerji içkilərinin reklamının qadağan edilməsini təklif edib. Azvision.az -ın məlumatına görə, deputat bildirib ki, bununla bağlı “Reklam haqqında” qanuna dəyişiklik edilməlidir. Onun sözlərinə görə, energetik içkilərin uşaqlara, yeniyetmələrə, gənclərə zərərli təsirlərinin olduğu tibbi həqiqətdir: “Bütün dünya bununla bağlı həyacan təbili çalır. Təəssüflər olsun ki, Azərbaycanın bütün özəl televiziya kanallarında enerji içkiləri reklam edilir”. aia.az Geri dön |