Ana Sayfa > Dünya / Aia TV / Karusel > Günel ATV-dən şikayət etdi: “Mənə qadağa qoyublar“

Günel ATV-dən şikayət etdi: “Mənə qadağa qoyublar“


2-02-2016, 15:25. Yazar: admin

Müğənni Günel Ələkbərova telekanalların ifaçılara qoyduğu qadağalardan danışıb

Axşam.az-a açıqlama verən sənətçi ATV telekanalında illərdir qadağada olduğunu etiraf edib:

“Kanalların qadağaları mənə çatmır. Neçə illərdir ki, mən ATV kanalında yoxam. Səbəbini də bilmirəm. İlk vaxtlar dedilər ki, “Maşın” şouya qatılmağıma görə ediblər. Guya şou əvvəl ATV-də olmalı idi. Sonra ANS kanalında yayımlanıb. Buna görə də ora qatılan bütün müğənnilər ATV-yə buraxılmayacaq. Birincisi, məndən başqa şouya qatılan bütün müğənnilər ATV-də verilişlərdə görünür. İkincisi isə mənim qadağam ATV-yə yeni rəhbərlik gələn gündən başlayıb. Bir dəfə qəbula getdim ki, səbəbi öyrənim. Dedilər, "rəhbərlik xaricə gedib", görüşə bilmədim. İkinci dəfə cəhd etmək istəmədim. Əslində o kanalda yer almaq heç də mənim üçün önəmli deyil. Bütün digər telekanallara dəvət alıram, verilişlərə gedirəm. Heç qızıma görə vaxt edib çəkilişlərə çatdırmıram".

G.Ələkbərova qızının ad günü mərasimində çəkilən süjetin efirə verilmədiyini deyib:

“Hətta ATV qızımın ad günü məclisinə çəkiliş göndərmişdi. Orada olan müğənniləri çəkdilər, efirləri üçün 2 aylıq süjetlər hazırladılar. Amma qızımın ad gününü vermədilər. Mənimlə problemləri var. Bəs balaca uşağı niyə efirə vermədilər? O da bir Azərbaycan vətəndaşıdır. Bütün kanallar qızımın ad gününü yayımladı, ATV-dən başqa. Sizin özəlliyiniz nədir ki? Başqa tədbirlərdə olanda da fikir verirəm ki, ATV-nin kameraları məni çəkmir. Mənə nə olub? Bunlar mənə xoş olmayan hallardır. Qatıldığım verilişlər həmişə reytinq toplayıb, müzakirə olunub. Çəkinmədən bu sözləri deyirəm. Niyə mənə qadağa qoyub? Səbəbi desinlər, bilim. ATV ancaq xalq artistlərini efirinə buraxır? Verilişlərə buraxdıqları kimlərdir? Diqqət mərkəzində olan ifaçılardanam. 2003-cü ildən peşəkar səhnədəyəm. Heç vaxt bu haqda danışmamışdım. Lazım olsa, mən də kimlərəsə tapşırtdıra bilərəm. Amma vacib deyil. Düşünürəm ki, Azərbaycan telekanalları hamının üzünə açıq olmalıdır".
Geri dön