Ana Sayfa > İqtisadiyyat > Bu il Azərbaycan bankları tərəfindən biznes strukturlarının kreditləşməsi 2 milyard manatı ötüb
Bu il Azərbaycan bankları tərəfindən biznes strukturlarının kreditləşməsi 2 milyard manatı ötüb27-09-2019, 14:51. Yazar: sevinc1 |
2019-cu ilin yeddi ayı ərzində Azərbaycan bankları tərəfindən biznes strukturlarının kreditləşməsi həcmi 2,6 milyard manat təşkil edib. Trend-in məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə heyəti sədrinin vəzifələrini icra edən İbrahim Alışov Bakıda keçirilən Azərbaycan-Almaniya biznes forumunda deyib. O bildirib ki, Azərbaycanda bank sektoru tədricən bərpa olunur və bunu biznes strukturlarına təqdim edilən kreditlərin həcmi təsdiq edir: “Bu ilin ilk yeddi ayı ərzində banklar tərəfindən biznes strukturlarına 2,6 milyard manat kredit təqdim edilibsə, ötən il ərzində bu göstərici 4,3 milyard manata bərabər olub”. aia.az Geri dön |