Ana Sayfa > Siyasət > Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Paşinyana çağırış etdi -
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Paşinyana çağırış etdi -25-09-2019, 16:10. Yazar: sevinc1 |
“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın rəhbəri Tural Gəncəliyev ATƏT-in ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayzanın guya münaqişə ilə bağlı məsələlərdən xəbərdar olmadığı haqda Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm bəyanatına münasibət bildirib. Trend-in məlumatına görə, T.Gəncəliyev jurnalistlərə açıqlamasında bildirib ki, yaxşı olardı, N.Paşinyan Helsinki sənədləri ilə tanış olsun: “Buradan bir daha çatdırıram ki, Ermənistan-Azərbaycan münaqişəsində iki maraqlı tərəf var. Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün öncə növbəti sərsəm açıqlama ilə gündəmə çıxaraq ATƏT-in ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayzanın guya münaqişə ilə bağlı məsələlərdən xəbərdar olmadığını irad tutub. Eyni zamanda, yenidən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qeyri-konstruktiv danışıqların ruhuna zidd bəyanat verib və danışıqlarda Dağlıq Qarabağ ermənilərinin xüsusi bir tərəf kimi rolunu qabardıb. Biz də Paşinyanın bəyanatına cavab olaraq bildiririk ki, onun qısa yaddaşını təzələməyə ehtiyac var. Paşinyanın Helsinki sənədləri ilə tanış olmadığı açıq-aydın görünür. O, həmin sənədlərlə tanış olsaydı, görərdi ki, Azərbaycanlı icma da burada maraqlı tərəfdir. Buradan onun məlumatsızlığı və ümumiyyətlə proseslərdən xəbərdar olmadığı görünür. Metyu Brayzanı ittiham etmək əvəzinə, bu sənədlərlə tanış olsaydı, daha yaxşı olardı”. T.Gəncəliyev, həmçinin Dağlıq Qarabağın erməni icmasına müraciət edib: “Mən onları həm təcavüzkar Ermənistan, həm də Dağlıq Qarabağda hökm sürən cinayətkar xunta rejiminin əsarətindən xilas olmağa çağırıram. Onları bizim səsimizə səs verərək münaqişənin tənzimlənməsi və sülh yolu ilə həll olunması istiqamətində əsarətdən qurtulmağa səsləyirəm. Əgər onlar düşdükləri əsarətdən xilas olarlarsa, bu, aparılan danışıqlara da müsbət təsir edər və iki icmanın gələcəkdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində kömək göstərmiş olar”. aia.az Geri dön |