Ana Sayfa > Manşet / Gündəm > “Qafqaz Qartalı - 2019” təlimində atış çalışmaları

“Qafqaz Qartalı - 2019” təlimində atış çalışmaları


25-09-2019, 12:46. Yazar: sevinc1
“Qafqaz Qartalı - 2019” təlimində atış çalışmaları


Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən Bakıda keçirilən “Qafqaz Qartalı - 2019” birgə təlimi çərçivəsində xüsusi təyinatlı qüvvələr avtomat, tapança, snayper tüfəngi və birdəfəlik qumbaraatanlardan xüsusi atış çalışmaları yerinə yetiriblər.

Müdafiə Nazirliyindən aia.az -a verilən məlumata görə, qarışıq atəş qrupları tərkibində icra edilən atışlar zamanı xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulmuş tapşırıqları uğurla icra ediblər.


aia.az


Geri dön