Ana Sayfa > Parlament / Aia TV / Karusel > Gəncədə yaşlı kişi borca görə damarlarını doğradı

Gəncədə yaşlı kişi borca görə damarlarını doğradı


2-02-2016, 11:30. Yazar: admin

Faktla bağlı araşdırma aparılır.

Gəncədə intihara cəhd hadisəsi baş verib.

Aia.az report-a istinadən xəbər verir ki, şəhər sakini, 1954-cü il təvəllüdlü Əmirov Xanlar Kazım oğlu hər iki bilək nahiyəsinin kəsilməsi diaqnozu ilə şəhər TTYX-nin Reanimasiya şöbəsinə yerləşdirilib.

Zərərçəkmişə ilkin tibbi yardım göstərilib və sonrakı müalicəsi üçün palataya köçürülüb. Həkimlər 62 yaşlı kişinin vəziyyətini orta ağır qiymətləndirirlər.

Xəstənin yaxınlarının sözlərinə görə, onun 30 min manat məbləğində borcu olub və pulu qaytara bilmədiyi üçün özünə qəsd edib.

Faktla bağlı araşdırma aparılır.
Geri dön