Ana Sayfa > Karusel / Gündəm > Bakıda dəhşətli cinayət -
Bakıda dəhşətli cinayət -24-09-2019, 09:38. Yazar: sevinc1 |
![]() Bakıda dəhşətli qətl hadisəsi törədilib. Trend-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində qeydə alınıb. Füzuli rayon sakini, 1962-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Firdovsi Məhərrəmov Südçülük sovxozu, nömrəsiz evdə yaşayan gəlini, 4 azyaşlı uşaq anası, 1989-cu il təvəllüdlü Cəmilə Məhərrəmovanın baş nayihəsinə balta ilə çoxsaylı zərbələr endirərək qətlə yetirib. Xəzər Rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən F.Məhərrəmov saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. aia.az Geri dön |