Ana Sayfa > Gündəm / Siyasət / Seçilənlər-3 / Aia TV / Karusel > Rusiya Türkiyəni artilleriyadan istifadədə ittiham etdi – VİDEO

Rusiya Türkiyəni artilleriyadan istifadədə ittiham etdi – VİDEO


1-02-2016, 19:05. Yazar: admin

Müdafiə Nazirliyi müfaviq videonu əldə edib.

Rusiya Müdafiə Nazirliyi Suriyanın Türkiyə ilə həmsərhəd yaşayış məntəqələrinin bu ölkə tərəfindən artilleriya atəşinə məruz qalmasına dair təkzibedilməz dəlillərə malikdir.
Aia.az TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bəyan edib.

Konaşenkovun sözlərinə görə, Müdafiə Nazirliyi müvafiq videonu Suriya müxalifətindən əldə edib.

Çəkilişlərdə iriçaplı özüyeriyən artilleriya qurğularının sərhədyanı zastavada yerləşdirilməsi görünür, general-mayor qeyd edib. “Bax, bu faktdır”, - Konaşenkov deyib.
[media=https://youtu.be/9g59M0mr9Zw]
Geri dön