Ana Sayfa > Dünya > Türkiyədə 74 hərbçinin həbsinə qərar verildi

Türkiyədə 74 hərbçinin həbsinə qərar verildi


20-09-2019, 12:00. Yazar: sevinc1
Türkiyədə 74 hərbçinin həbsinə qərar verildi


İstanbul Prokurorluğu "Fətullahçı" terror təşkilatı (FETÖ) ilə gizli əməkdaşlıqda şübhəli bilinən 74 hərbçinin həbsinə qərar verib.
aia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri artıq onların həbs edilməsi ilə bağlı əməliyyatlara başlayıb.

Barəsində həbs qərarı çıxarılan hərbçilərdən 25-i Türkiyə Quru Qoşunları Komandanlığında, 7-si Hava Qoşunları Komandanlığında,10-u Dəniz Qoşunları Komandanlığında, 2-i Sahil Mühafizə Komandanlığında, 30-u isə Jandarma Ümumi Komandanlığında fəaliyyət göstərir.


aia.az
Geri dön