Ana Sayfa > Dünya > Tramp Zukerberqlə internetin tənzimlənməsini müzakirə etdi

Tramp Zukerberqlə internetin tənzimlənməsini müzakirə etdi


20-09-2019, 11:42. Yazar: sevinc1
Tramp Zukerberqlə internetin tənzimlənməsini müzakirə etdi


ABŞ prezidenti Donald Tramp “Facebook” şirkətinin rəhbəri Mark Zukerberqlə görüşüb.

“Axios” xəbər verir ki, görüş Ağ Evin Oval kabinetində keçirilib.

“Mark Vaşinqtonda siyasətçilərlə görüşür, onlarla internetin tənzimləməsini müzakirə edir. Bu gün onun Prezident Trampla Ağ Evdə maraqlı görüşü keçib”, - “Facebook”un mətbuat xidmətinin nümayəndəsi bunu deyib.

Zukerberqin bu gün Konqresdə də qapalı görüşlər keçirəcəyi bildirilir.


aia.az
Geri dön