Ana Sayfa > İqtisadiyyat > Nazir:
Nazir:19-09-2019, 15:40. Yazar: sevinc1 |
Proqnozlara əsasən, 2021-ci ilədək Azərbaycanda neft istehsalı ildə təxminən 39 milyon ton təşkil edəcək. Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında keçirilmiş mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu il üçün proqnoz 38,7 milyon tondur, 2020-ci ildə bu göstərici qismən artacaq: “2020-2021-ci illərdə neft hasilatı stabil, 39 milyon ton ətrafında olacaq”. Nazir əlavə edib ki, neft hasilatının stabil səviyyəsinin saxlanması əsas hədəfdir. aia.az Geri dön |