Ana Sayfa > Gündəm > Azərbaycanda beş yeni “ASAN xidmət” mərkəzi açılacaq

Azərbaycanda beş yeni “ASAN xidmət” mərkəzi açılacaq


19-09-2019, 15:27. Yazar: sevinc1
Azərbaycanda beş yeni “ASAN xidmət” mərkəzi açılacaq


2019-cu ilin sonuna qədər Azərbaycanda beş yeni “ASAN xidmət” mərkəzi açılacaq, 2020-ci ildə isə Bakıda daha iki, regionlarda isə əlavə beş yeni analoji mərkəz açılacaq.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ceyhun Salmanov deyib.

O bildirib ki, ümumilikdə respublika üzrə “ASAN xidmət” mərkəzlərinin sayı 22-yə çatacaq:

“Hazırda respunlika üzrə 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir, Onlardan beşi Bakıda, digərləri isə regionlarda əhaliyə xidmət göstərir. Bundan başqa, iki “ASAN kommunal xidmət” mərkəzi, bir “ASAN qatar” və 10 səyyar avtobus fəaliyyət göstərir. “ASAN xidmət” mərkəzləri ölkənin 75,5 faizini əhatə edir”.

aia.az
Geri dön