Ana Sayfa > Qərbi Azərbaycan > Səhiyyə Nazirliyi İsmayıllıda baş verən hadisə ilə bağlı:
Səhiyyə Nazirliyi İsmayıllıda baş verən hadisə ilə bağlı:19-09-2019, 14:31. Yazar: sevinc1 |
İsmayıllıda kütləvi zəhərlənmə baş verib. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, zəhərlənmə ehtimalı ilə 7 nəfər (3 kişi, 4 qadın) İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edib: "Baş həkim Aydın Əsədovun verdiyi məlumata görə, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaqlar. Hadisə barədə polis və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib". Nazirlikdən bildirilib ki, zəhərlənmənin hansı səbəbdən baş verdiyi tibbi ekspertizadan sonra müəyyən ediləcək. aia.az Geri dön |