Ana Sayfa > Ölkə > Monitorinq:

Monitorinq:


18-09-2019, 17:35. Yazar: sevinc1
Monitorinq:


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə sentyabr ayında növbəti monitorinq həyata keçirib.

Trend-in məlumatına görə, Departamentin mütəxəssisi Gülnarə Abbasova deyib ki, monitorinqin nəticələrinə əsasən Kür və Araz çaylarının yuxarı axınında yerləşən Gürcüstan və Ermənistanın ərazilərindən bu su obyektlərinə lazımi təmizlənmə aparılmadan, əksər hallarda isə birbaşa axıdılan məişət və sənaye mənşəli çirkab suların təsiri nəticəsində çaylarda bəzi zərərli maddələrin miqdarı sanitar-ekoloji normadan artıq olması müşahidə olunub.

G.Abbasova həmçinin bildirib ki, sentyabr ayının ilk ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının 3-cü ongünlüyünə nisbətən 31 m3/san artaraq 133 m3/san təşkil edib.

Onun sözlərinə görə, sərhəddən keçdikdən sonra Kür çayı - Şıxlı-2, Ağstafaçay, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhramtəpə və I Şahsevən məntəqələrində spesifik çirkləndiricilərin miqdarının normadan çox olması müəyyənləşdirilib. Suyun oksigen rejimi bütün məntəqələrdə 4,9 -6,90 mq/l arasında dəyişib.

Sentyabr ayının I ongünlüyündə aparılan monitorinqlərin fiziki-kimyəvi analiz nəticələrinə görə suyun tərkibində fenollar aşağıdakı məntəqələr üzrə Kür-Şıxlı-2-də 1,2 , Agstafa s\a Musaköy k.-də 1,2, Ağstafaçay-Qazax şəhərində isə 1,8 dəfə normanı keçib. Araz çayı-Horadiz, Araz çayı -Bəhramtəpə və Araz çayı-I Şahsevən məntəqələrində isə fenollar 1,9-2,5 dəfə normanı keçib. Biogen maddələrin isə yol verilən qatılıq həddini (YVQH) keçdiyi qeydə alınmayıb.

Xatıqladaq ki, 18 sentyabr Ümumdünya Su Monitorinqi Günüdür. Bu gün Amerika Təmiz Su Fondu tərəfindən su obyektlərinin çirklənməsi haqqında dünya ictimaiyyətini məlumatlandırmaq məqsədilə 2003-cü ildə təsis edilib və həmin gün dünyanın bir çox ölkəsində qeyd edilir.

aia.az
Geri dön