Ana Sayfa > Cəmiyyət > "Azərişıq":

"Azərişıq":


18-09-2019, 13:28. Yazar: sevinc1
"Azərişıq":


Qubada “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə məxsus avtomobilin qəzaya uğraması ilə bağlı araşdırma aparılır.

Bu barədə Trend-ə qurumun Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. Onun sözlərinə görə, hazırda qurumun regional idarəsinin rəhbər işçiləri hadisə yerindədir: "Hadisənin hansı şəraitdə və necə baş verməsi barədə ictimaiyyətə dəqiq məlumat veriləcək".

Xatırladaq ki, “Azərişıq” ASC-yə məxsus avtomobilin dərəyə aşması nəticəsində 2 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı bildirilir. Yaralılar Quba rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.


aia.az
Geri dön