Ana Sayfa > Gündəm > Bakı metrosunda Milli Musiqi Günü qeyd olunacaq
Bakı metrosunda Milli Musiqi Günü qeyd olunacaq17-09-2019, 17:29. Yazar: sevinc1 |
![]() "Bakı Metropoliteni" QSC hər il olduğu kimi bu il də 18 Sentyabr – Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edəcək. Qurumdan aia.az -a verilən məlumata görə, sabah sərnişin axını daha çox olduğu 4 stansiyanın vestibülündə konsert proqramları təşkil olunacaq. Proqrama milli və klassik musiqi nümunələri daxil olacaq. Canlı musiqi aşağıda göstərilən saatlarda səsləndiriləcək: - “İçərişəhər” stansiyası – saat 11:00-12:30; - “Sahil” stansiyası – saat 12:00-13:30. - “28 May” stansiyası – saat 13:00-14:30; - “Xətai” stansiyası – saat 14:00-15:30. aia.az Geri dön |