Ana Sayfa > Gündəm > Heydər Əliyevin doğum günü ilə bağlı YAP-ın keçirdiyi müsabiqənin qalibləri ilə görüş olub

Heydər Əliyevin doğum günü ilə bağlı YAP-ın keçirdiyi müsabiqənin qalibləri ilə görüş olub


17-09-2019, 16:42. Yazar: sevinc1
Heydər Əliyevin doğum günü ilə bağlı YAP-ın keçirdiyi müsabiqənin qalibləri ilə görüş olub


Bu gün Heydər Əliyevin doğum günü ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən keçirilən müsabiqənin qalibləri ilə görüş olub.

Trend-in məlumatına görə, görüşdə YAP sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı iştirak edib.

Tədbiri giriş sözü ilə açan Ə.Əhmədov Heydər Əliyevin gənclərə, o cümlədən tələbələrə diqqət və qayğısından danışıb.

Ə.Əhmədov bildirib ki, 15 ildir ki, Azərbaycanda Heydər Əliyevin doğum günü ilə bağlı məktəblilərin yarış müsabiqəsi keçirilir:

“YAP həmin müsabiqənin qalibləri ali məktəblərə daxil olanda onlara təqaüd təyin edilməsi ilə bağlı qərar qəbul edib. Bu illər ərzində YAP-ın təqaüdünü alan çox sayda tələbə olub. Bu gün burada toplananlar ikinci və yuxarı kurs tələbələridir. Bizim həmin tələbələrlə görüşümüz onların təhsilləri ilə maraqlanmaq məqsədi daşıyır”.

Daha sonra tədbir çıxışlarla davam edib.

aia.az
Geri dön