Ana Sayfa > İqtisadiyyat > Azərbaycanla Türkiyə arasında iqtisadi protokol imzalanıb

Azərbaycanla Türkiyə arasında iqtisadi protokol imzalanıb


16-09-2019, 15:47. Yazar: sevinc1
Azərbaycanla Türkiyə arasında iqtisadi protokol imzalanıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının Protokolu imzalanıb.
Azvision.az xəbər verir ki, Protokolu Azərbaycanın Baş Naziri Novruz Məmmədov və Türkiyənin Vitse-prezidenti Fuat Oktay imzalayıblar.

Protokolda Komissiyanın səkkizinci iclasının Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsinə müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub.

Eyni zamanda, Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair müzakirələrin nəticəsi olaraq, iclasın Protokoluna əlavə kimi tərtib edilmiş Fəaliyyət Planı qəbul edilib.
Geri dön