Ana Sayfa > Ölkə > ETSN ayı hücumu ilə bağlı:

ETSN ayı hücumu ilə bağlı:


16-09-2019, 14:22. Yazar: sevinc1
ETSN ayı hücumu ilə bağlı:


Meşə sahəsində və ora yaxın ərazidə məskunlaşan sakinlər ehtiyatlı olmalıdırlar.

Bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə İsmayıllıda ayının kənd sakininə hücum etməsi ilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib.

Departament rəhbəri bildirib ki, bu cür hadisələrlə bağlı məlumat yayılanda media nümayəndələri də diqqətli olmalıdırlar:

"Yazırlar ki, ayı kəndə hücum etdi, insanlara xəsarət yetirdi, mal-qaranı parçaladı və sair. Bu isə insanlarda aqressiya yaradır. Son vaxtlar kəndlərin meşə ərazisində yerləşməyi, insanların daha çox meşənin içərisində ev tikməsi, həyətyanı sahələrin meşə ilə sərhəddə yerləşməsi bu cür hadisələrin baş verməsinə səbəb olur. Etiraf etməliyik ki, son illər kəndlərimiz böyüyüb, insanlar daha çox meşənin içərisində ev tikməyə meyillənir, həyətyanı sahələri olmadığından mal-qaranı meşəyə buraxırlar. Ayı da meşə ərazisində heyvana, insana hücum edir. Bu cür hallar əslində normal haldır və bunun birbaşa səbəbkarı insanlar özləridir. Həmin ərazidə yaşayanlar ehtiyatlı olmalı, həyətyanı sahələrini çəpərləməli, axşamlar meşə sahələrinə çıxmamalı, mal-qaranı meşə ərazisinə nəzarətsiz buraxmamalıdırlar. Meşə vəhşi heyvanların evidir".

aia.az
Geri dön