Ana Sayfa > İdman > "Qarabağ" - "Sevilya" matçına 20 mindən çox bilet satılıb

"Qarabağ" - "Sevilya" matçına 20 mindən çox bilet satılıb


16-09-2019, 12:49. Yazar: sevinc1
"Qarabağ" - "Sevilya" matçına 20 mindən çox bilet satılıb



“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda Bakıda İspaniya "Sevilya"sına qarşı keçirəcəyi oyunu üçün satılan biletlərin sayı müəyyənləşib.

Klubun mətbuat katibi Nurlan İbrahimovun verdiyi məlumata görə, dünənə qədər artıq 20 mindən çox bilet satılıb. O, bildirib ki, satışa üçün 30 min bilet çıxarılıb. Matç üçün ən ucuz bilet 3 manatdır. Satışda 5, 15, 20, 50 manatlıq və VİP sektor üçün 100 manatlıq biletlər də var.

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY" T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək olar.

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq.


aia.az
Geri dön