Ana Sayfa > İdman > Bakıda daha bir dünya çempionatı keçiriləcək

Bakıda daha bir dünya çempionatı keçiriləcək


13-09-2019, 17:32. Yazar: sevinc1
Bakıda daha bir dünya çempionatı keçiriləcək


Azərbaycan daha bir dünya çempionatına ev sahibliyi edəcək.

Oxu.Az xəbər verir ki, 8-9 noyabr tarixində Bakıda yeniyetmələr, gənclər və veteranlar arasında qrapplinq üzrə dünya çempionatı keçiriləcək.

Qrapplinq üzrə böyüklər arasında dünya çempionatı isə sentyabrın 22-23-də Qazaxıstanın paytaxtı Nur-Sultanda baş tutacaq. Bu, güləş üzrə dünya çempionatı başa çatdıqdan dərhal sonra başlayacaq.

Qeyd edək ki, bu dünya çempionatları Dünya Güləş Birliyinin bayrağı altında keçirilir.


aia.az
Geri dön