Ana Sayfa > Dünya > Bu ölkədə rüşvət tələb edən məmurlar güllələnəcək
Bu ölkədə rüşvət tələb edən məmurlar güllələnəcək13-09-2019, 17:20. Yazar: sevinc1 |
Flippin prezidenti Rodrigo Duterte rüşvət tələb edən məmurlara güllə atmağa icazə verib. Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Dutertenin sözlərinə görə, korrupsioner məmurları yalnız ayağından güllələmək olar. "Vergiləri, gömrük rüsumlarını və s. ödəyirsinizsə və bu axmaqlar rüşvət tələb edirsə, vurun. Silahınız varsa, onları vura bilərsiniz, amma öldürməyin. Çünki əks halda məhkəmədə əfv olunmaya bilərsiniz". Rodrigo Duterte qeyd edib ki, korrupsiya ölkədə geniş yayılmış problemə çevrilib: "Bu, hökumətdə olan hər kəsin içində oturan bir qurddur" . O, qanunu pozan məmuru güllələyənlərə qarşı yeganə tədbirin "ciddi fiziki cəza" olacağını, ancaq həmin şəxslərin həbs edilməyəcəyini deyib. aia.az Geri dön |