Ana Sayfa > Ölkə > Hövsanda 1 tona yaxın yararsız quş əti aşkarlanıb
Hövsanda 1 tona yaxın yararsız quş əti aşkarlanıb13-09-2019, 12:07. Yazar: sevinc1 |
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir. Növbəti belə tədbir sentyabrın 11-də Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Suraxanı rayonu ərazisində keçirilib. DİN-dən aia.az-a verilən məlumata görə, Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Mürsəlova məxsus quş kəsimi sahəsinə baxış zamanı sanitariya tələblərinə cavab verməyən, natəmiz vəziyyətdə saxlanılan və qida üçün yararsız, çəkisi 996 kiloqram toyuq əti aşkar edilib. Götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib. Araşdırmalar aparılır. aia.az Geri dön |