Ana Sayfa > Karusel / Cəmiyyət > Balakəndə it dörd yaşlı uşağın dodağını qopardı

Balakəndə it dörd yaşlı uşağın dodağını qopardı


13-09-2019, 09:41. Yazar: sevinc1
Balakəndə it dörd yaşlı uşağın dodağını qopardı


Balakəndə it uşağın dodağını qoparıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında rayonun Talalar kəndində baş verib.

Kənd sakini, 2015-ci il təvəllüdlü Onur Abdullayevi yaşadığı evin həyətində it dişləyib. Dörd yaşlı uşaq dərhal Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

O.Abdullayevə üst dodağın it dişləməsi diaqnozu qoyulub, lazımi tibbi yardım göstərilib və quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərtilə evə buraxılıb.


aia.az
Geri dön