Ana Sayfa > Manşet / Təhsil > Qubadlı – təhsildə rekord göstəricilər əldə olunub

Qubadlı – təhsildə rekord göstəricilər əldə olunub


12-09-2019, 14:37. Yazar: sevinc1
Qubadlı – təhsildə rekord göstəricilər əldə olunub




Bu rayonun orta məktəb məzunlarının ali məktəblərə qəbul imtahanlarında əldə etdikləri yüksək nəticələr Qubadlının təhsil sistemini həqiqətən də ölkə üzrə liderlər sırasına çıxarıb

Bu gün Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısı, bu sahəyə böyük həcmdə maliyyə vəsaitlərinin ayrılması, irimiqyaslı layihələrin yüksək səmərəliliklə həyata keçirilməsi və digər bu kimi tədbirlər sayəsində ölkəmiz təhsil sisteminin inkişaf dinamikasına görə artıq bəzi inkişaf etmiş dövlətləri belə qabaqlayır. Məlumdur ki, təhsil sahəsinin ümumi inkişafını təmin etmək məqsədilə hazırlanmış dövlət strategiyası paytaxt Bakı ilə yanaşı dsigər rayon və bölgələrimizdə də uğurla həyata keçirilməkdədir. Təbii ki, ərazisi müvəqqəti işğal olunmuş rayonlarda təhsilin inkişafına hər zaman xüsusi həssaslıqla yanaşılır. Bütün çətinliklərə rəğmən təhsil sahəsində kifayət qədər yüksək göstəricilərin əldə olunduğu, dinamik inkişafın müşahidə edildiyi belə rayonlarımızdan biri də Qubadlı rayonudur.

Rayonun ümumtəhsil məktəblərinin vəziyyəti dövlətin xüsusi diqqət mərkəzindədir

Sirr deyil ki, bu gün təhsilin inkişafı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, son illər ölkəmizdə təhsilin inkişafına xidmət göstərən 16 Dövlət Proqramı qəbul edilmişdir. Məhz bu Proqramlar vasitəsilə məktəbəqədər təhsil, texniki peşə, orta ümumtəhsil və ali məktəblərin inkişaf perspektivləri müəyyən edilir və müvafiq fəaliyyət istiqamətləri təyin olunur. O cümlədən, hazırda Qubadlı rayonunda da bu işlər böyük səmərəliliklə davam etdirilir.
Məlumdur ki, Qubadlının işğalı nəticəsində rayonun təhsil sisteminə də böyük zərbə dəymiş, infrastruktur tamamilə bərbad vəziyyətə gətirilmişdir. Bu səbəbdən sonrakı illərdə dövlətimiz tərəfindən təhsil sahəsinin struкturlarının bərpa еdilməsi, maddi-tехniкi bazanın demək olar tamamilə yenidən yaradılması və möhкəmləndirilməsi istiqamətində böyük işlər görülmüşdür. Məcburi кöçкün uşaqlarının nоrmal təhsil almalarını təmin еtməк məqsədilə rayonda əsaslı tədbirlər həyata keçirilib. Hazırda rayonda 32 ümumtəhsil məktəb fəaliyyət göstərir ki, onlardan 18-i yeni tikilmiş, 14-ü əsaslı təmir olunmuşdur. Eyni zamanda 2018-2019-cu tədris ilində Abşeron rayonu St.Sumqayıt ərazisində yerləşən Qubadlı rayon Hal, Dəmirçilər kənd tam orta və Şəhər 4 saylı tam orta məktəbləri yeni məktəb binalarında fəaliyyətə başlamış, 2019-2020-ci tədris ilində isə Sumqayıt şəhəri 12-ci mkr ərazisində məcburi köçkünlər üçün tikilmiş yeni şəhərcikdə Kavdadıq və Əliquluuşağı kənd tam orta məktəbləri üçün yeni bina tikilərək şagird və müəllim kollektivinin istifadəsinə veriləcəkdir.

Dövlət qayğısı yüksək nəticələrə etibarlı zəmin yaradıb

Sevindirici haldır ki, dövlət tərəfindən göstərilən bu diqqət və qayğının müqabilində Qubadlı rayonunun həm pedaqoji, həm də şagird kollektivləri öz növbələrində yüksək göstəricilərə nail olmaq üçün bütün potensiallarını səfərbər etmişlər. Bir tərəfdən reallaşdırılan dövlət proqramlarının uğurlu icrası, digər tərəfdən də yerli peşəkar pedaqoji kadrların ciddi səyləri nəticəsində ötən tədris ilində Qubadlı təhsili nəzərə carpacaq inkişafa nail olmuşdur. O cümlədən, bu il rayonun Çaytumas kənd məktəb liseyi və Xocahan kənd tam orta məktəbləri qəbul imtahanlarında 100% nəticə göstərmişlər. Belə ki, Çaytumas məktəb liseyində məktəbi bitirən 34 məzunun hamısı, Xocahan tam orta məktəbində isə ali məktəblərə sənəd verən 16 məzunun hamısı tələbə adını qazanmışdır. Ümumilikd rayon üzrə isə, cari ildə 442 məzundan 386 nəfəri (87,3%) sənəd vermiş və onlardan 297 nəfəri ali məktəblərə qəbul olmuşlar. Qəbul imtahanlarında iştirak edən 42 nəfər məzun 500-600 arası, 12 nəfər məzun isə 600-700 arası bal toplamışdır. Beləliklə də bu il Qubadlı rayonu üzrə qəbul göstəricisi 77% təşkil edir. Təbii ki,butün bunlar ilk növbədə cənab Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsidir.

Qubadlı RTŞ-nin fəaliyyəti dövlətin Təhsil strategiyasının tələblərinə tam uyğundur

Heç şübhəsiz bu gün Qubadlı təhsilinin uğurlarından danışarkən bu rayonun təhsil şöbəsinin səmərəli fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Vurğulamaq istərdik ki, 2017-ci ildə Qubadlı rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə Fuad Bədəlov təyin olunmuşdur. Rayon ictimaiyyətinin böyük əksəriyyətinin ümumi rəyinə görə, məhz Fuad Bədəlovun bu vəzifəyə təyinatından sonra rayonun təhsil sahəsində bir canlanma, bir dinamika aşkar şəkildə müşahidə olunmağa başladı. Təsadüfi deyil ki, hazırda Qubadlı məktəbləri məzunların ali məktəblərə qəbulunu əks etdirən statistik göstəricilər üzrə də bir çox digər rayon məktəblərini xeyli qabaqlayırlar. Bu gün Qubadlı təhsilində gedən prosesləri izləməklə belə bir nəticəyə gəlmək olur ki, Fuad Bədəlovun rəhbərliyi altında Rayon Təhsil Şöbəsinin fəaliyyəti bu tədris ilində də məktəb idarəetməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, ümumilikdə tədrisin keyfiyyətinin yüksəldilməsi və əlbəttə ki, gənclərimizin milli-vətənpərvər ruhda yetişdirilməsi kimi prioritet istiqamətlərə yönələcəkdir.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Geri dön