Ana Sayfa > Siyasət > Nazir:

Nazir:


12-09-2019, 13:57. Yazar: sevinc1
Nazir:


Azərbaycan Cənubi Qafqazda Rusiyanın vacib ticari-iqtisadi tərəfdaşıdır.

Trend-in məlumatına görə, bunu Sverdlovsk vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Vasili Kozlov deyib.

O bildirib ki, Rusiyanın region ölkələri ilə ticarətinin təxminən 50 faizi Azərbaycanın payına düşür. Azərbaycanda Rusiya kapitalı ilə 700-ə qədər şirkət işləyir:

“Öz növbəsində, Sverdlovsk vilayəti Azərbaycanda tərəfdaşlarla ticari-iqtisadi əlaqələrin qurulmasında maraqlıdır. Biz Rusiyada işləmək istəyən azərbaycanlı biznesmenləri dəvət etmək niyyətindəyik. Bizim iqtisadiyyatımızın əsasını metallurgiya təşkil edir, Azərbaycana tibb avadanlığı tədarük etməyə hazırıq”.


aia.az
Geri dön