Ana Sayfa > Parlament > "Xətai" stansiyası istifadəyə verildi
"Xətai" stansiyası istifadəyə verildi12-09-2019, 11:09. Yazar: sevinc1 |
![]() "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (ASC) "Şah İsmayıl Xətai" stansiyası təmirdən sonra istifadəyə verilib. Bu barədə aia.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, stansiya artıq sərnişinlərin istifadəsinədir. Xatırladaq ki, Bakı Metropoliteninin "Şah İsmayıl Xətai" stansiyası ötən il sentyabrın 27-də təmirə bağlanıb. Təmir müddətində stansiyada istifadədə olan "LT-2" tipli 3 eskalator sökülərək əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalatoru quraşdırılıb. Eskalatorların dəyişdirilməsi müddətində infrastrukturla bağlı digər təmir-bərpa, yenidənqurma işləri də görülüb, vestibülün əsaslı təmiri aparılıb. "Burada divar və döşəmənin istismar müddətini başa vurmuş mərmər-qranit örtüyü sökülərək yenilənib, maili gedişin divarları və tavanı dövrün tələblərinə uyğun təmir olunub. Həmin müddət ərzində, həmçinin "Xətai" stansiyasının 2-ci baş yolunun və “Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da başa çatıb. aia.az Geri dön |