Ana Sayfa > Qərbi Azərbaycan / Seçilənlər-4 / Manşet / Karusel > Şəki Mərkəzi Xəstəxanasında sanitar “bolluğu”
Şəki Mərkəzi Xəstəxanasında sanitar “bolluğu”1-02-2016, 14:39. Yazar: admin |
Məcid Əliyevin RMX-ya işə götürdüyü, lakin əslində burada işləməyən texniki personal öz maaşlarını baş həkimlə bölüşürlər image here Redaksiyamıza davamlı olaraq daxil olan məlumatlarda son vaxtlar Şəkinin səhiyyə sistemində bir çox problemlərin yaşandığı bildirilir. Qeyd edək ki, bu gün Şəki rayonunda iki korpusda rayon Mərkəzi Xəstəxanası (RMX), Doğum evi, Birləşmiş uşaq xəstəxanası, Psixatriya xəstəxanası, Ağ ciyər xəstəlikləri xəstəxanası, 7 poliklinik şöbə və poliklinika, 3 kənd sahə xəstəxanası, 15 kənd həkim məntəqəsi fəaliyyət göstərir. Elə daxil olan açıqlamalarda da göstərilir ki, Şəki RMX-nın baş həkimi Məcid Əliyev bir çox kənd sahə xəstəxanalarına və həkim məntəqələtinə öz yaxın adamlarını rəhbər təyin etməklə, onların əli ilə ayrılan vəsaitlərin silinməsinə və bir çox şəxslərin adlarının həmin tibb ocaqlarında getməsinə şərait yaradıb. Həmçinin açıqlamalarda baş həkimin əsas qazanc mənbəyinin Doğum evi, Birləşmiş uşaq xəstəxanası, Mərkəzi Poliklinika və onun 1, 2 saylı uşaq şöbələri, Təcili tibbi yardım stansiyası və Təxirəsalınmaz tibbi yardım regional məntəqəsi olduğu göstərilir. Yerli mənbələrdən aldığımız məlumatlarda bildirilir ki, rayonda əhaliyə göstərilən tibbi xidmətlərin olduqca aşağı səviyyədə olması yerli ictimaiyyəti son vaxtlar ən çox narahat edən məqamlardan biri kimi çıxış edir. Eyni zamanda da rayonun kəndlərində əhaliyə göstərilən tibbi xidmət səviyyəsinin sanki dövrümüzdən bir neçə əsr geridə qalması məlumatlarda xüsusi olaraq vurğulanır: “Kəndlərdəki səhiyyə ocaqlarının məskunlaşdıqları binalara nəzər yetirsək, bura heç də ilkin tibbi yardım mərkəzinə oxşamır. Bu tibb məntəqələri daha çox 19-cu əsrin daxmalarına bənzəyir və adam Şəkinin kəndlərində tibb ocaqlarına baxdığı zaman doğurdan 21-ci əsrdə yaşadığına inana bilmir. Təsəvvür edin ki, 700-800 sakini olan Fazil kəndində “tibbi” xidmətlər bap-balaca, dar bir otaqda həyata keçirilir. Elə həkim rə buraya ayda bir dəfə gəlir, stulunu qoyur çölə, bir az ora-bura boylanır, sonra da çıxıb gedir. Bu da olur Şəkinin Fazıl kəndinə tibbi xidmət. Əgər kimsə ölüm təhlükəsi ilə üzləşsə, elə kənddəcə tibbi xidmətsiz dünyasını dəyişəcək. Halbuki, bu tibb məntəqəsi bəlkə də, Səhiyyə Nazirliyində müasir bina kimi qeydə alınıb...” Lakin daxil olan məlumatlarda bilavasitə Şəki RMX-nın fəaliyyətilə bağlı narazılıqlar daha çox yer almaqdadır. Xüsusilə doğum və cərrahiyə şöbələrində vəziyyətin son dərəcə təhlükəli fəsadlara yol aça biləcək durumda olduğu vurğulanır. Bildirilir ki, şöbənin müdiri Ruziyyə Hüseynova doğuş üçün konkret qiymətlər müəyyənləşdirib və ana olmaq istəyənlərdən həmin pul alınmadan pasient şöbəyə buraxılmır. Belə ki, qeysər üsulu ilə doğuş həyata keçirmək istəyən analar bunun üçün 500-600 manat pul ödəməlidirlər. Təbii doğuş isə 300-400 manata başa gəlir. Digər tərəfdən də doğum şöbəsində bura gələnlərə göstərilən tibbi xidmətin səviyyəsi ümumilikdə xəstəxanada olduğundan qətiyyən fərqlənmir. Yəni bu xidmətlər arzuolunandan xeyli aşağıdır. Hətta bəzi mənbələrin iddialarına görə qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirmək istəyən hamilə qadınlar üzərində cərrahi əmaliyyatlar da burada qeyri-peşəkar həkimlər tərəfindən aparılır. Maraqlıdır ki, mənbələrin iddialarına görə, Məcid Əliyev bütün maxinasiya və mənimsəmələr nəticəsində əldə etdiyi gəlirlərlə də kifayətlənməyərək, xəstəxanada çalışan bütün tibbi və texniki personaldan da aylıq alır və bu ödənişdən imtina edənlər nəinki Şəki RMX-da, ümumiyyətlə rayonun səhiyyə sistemində çalışa bilməzlər. Həmçinin daxil olan məlumatlarda qeyd olunur ki, Məcid Əliyev RMX-ya tələb olunandan xeyli artıq sayda sanitar-xadimələr işə götürüb. Onların hər birinə isə, minimum məbləğdə aylıq maaş yazılır. Lakin bu pulların da düz yarısı qarşılıqlı razılıq əsasında baş həkim tərəfindən mənimsənilir... Materialda adı çəkilən bütün şəxslərin mövqeyini işıqlandırmağa hazırıq. Geri dön |