Ana Sayfa > Karusel / Ölkə > Bakı-Horadiz sərnişin qatarı 1 saat 10 dəqiqə ləngidi

Bakı-Horadiz sərnişin qatarı 1 saat 10 dəqiqə ləngidi


12-09-2019, 09:34. Yazar: sevinc1
Bakı-Horadiz sərnişin qatarı 1 saat 10 dəqiqə ləngidi


Bu gün saat 03:40 radələrində Bakı-Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı Osmalı-Mürsəlli mənzilində olarkən qatarda texniki nasazlıq yaranıb.

Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Nasazlıq aradan qaldırıldıqdan sonra qatar təyinatı üzrə yola salınıb.

Nasazlığın səbəbləri araşdırılır.

Hadisə nəticəsində qatar 1 saat 10 dəqiqə ləngiyib.

aia.az
Geri dön