Ana Sayfa > İdman > Arda Turan haqda həbs qərarı verildi -

Arda Turan haqda həbs qərarı verildi -


11-09-2019, 15:34. Yazar: sevinc1
Arda Turan haqda həbs qərarı verildi -


Ötən ilin oktyabr ayında müğənni Berkay Şahinlə dalaşan "Başakşəhər"in futbolçusu Arda Turan bu gün məhkəmə qarşısına çıxıb.

Trend-in məlumatına görə, İstanbul Ədalət Sarayında keçirilən məhkəmədə Arda Turana hökm oxunub.

Qorxu yaradacaq şəkildə silahla atəş açmaq, sənədsiz silah gəzdirmək və qəsdən sağlamlığa zərər vurmaqda günahlarılan futbolçuya 2 il 8 ay 15 gün həbs cəzası verilib. Ancaq məhkəmə hökmün elanının təxirə salınmasına qərar verib.

Xatırladaq ki, Arda Turan ötən ilin oktyabr ayının 10-da gecə klublarının birində Berkay Şahinlə dalaşıb. Münaqişə əsnasında Arda onun burnunu sındırıb, sonra xəstəxanada Berkaya silah çəkib və yerə atəş açıb.


aia.az
Geri dön