Ana Sayfa > Ölkə > Xəzərdəki balıq növlərinin 54-ü lokaldır
Xəzərdəki balıq növlərinin 54-ü lokaldır11-09-2019, 12:32. Yazar: sevinc1 |
“Şəfəq-Asiman” kontrakt sahəsinin dərin sularında xulul və kefal balıq növləri çoxluq təşkil edir. Oxu.Az xəbər verir ki, bu sözləri AECOM şirkətinin məsləhətçisi Aron Şian Bakıda keçirilən konfransda deyib. Onun sözlərinə görə, hesabat beynəlxalq standartlara uyğun tərtib edilib: “Balıq və balıq təsərrüfatı ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının hesabatlarından toplanan materiallar barədə hazırlanan hesabatda zəruri məlumatlar qeyd edilib. Xəzərdə və əlaqədar çay deltalarında təqribən 151 balıq növü və yarım növlərinə rast gəlinir. Onlardan 54-ü sahə üçün lokal hesab edilir. Balıq növlərinin əksəriyyəti (rezident, köçəri, yarımköçəri) suyun dərinliyinin 500 metr və ya daha az olduğu hissələrində toplanır. Noyabr-fevral ayları arasında xuluların və sivriburun kefal növ balıqların ayrı-ayrı fərdlər formasında dörd növü mövcud ola bilər. Buradan da aydın olur ki, kontrakt sahəsinin yaxınlığında kommersiya məqsədilə balıq ovu keçirilmir”. aia.az Geri dön |