Ana Sayfa > Gündəm / Manşet / Karusel / Seçilənlər > Qazax rayon təhsil şöbəsindəmaliyyə müəmması - İTTİHAM VAR
Qazax rayon təhsil şöbəsindəmaliyyə müəmması - İTTİHAM VAR1-02-2016, 14:28. Yazar: admin |
Qazax rayon təhsil şöbəsindəmaliyyə müəmması Maliyyə nəzarəti komissiyasının 17.10.2011-ci il tarixli 116 saylı əmri ilə Qazax Rayon Təhsil Şöbəsinin tabeçiliyində fəaliyyət göstərən 5 məktəbdənkənar müəssisələrində aparılan monitorinqlərdən məlum olub ki, külli miqdarda dövlət vəsaiti havaya sovrulur. Bu barədə daxil olan məlumatda deyilir. Monitorinq zamanı məlum olmuşdu ki, 93 qrup (42 dərnək) məqsədəuyğun fəaliiyət göstəməyib. Monitorinqin rəyi nəticəsində 14 qrupun (7 dərnəyin) mövcudluğu təsdiqini tapmışdır. Maliyyə nazirliyi monitorinq komissiyasının əldə etdikləri nəticə barədə Qazax Rayon Təhsil Şöbəsinə məlumat verildiyindən təhsil şöbəsinin rəhbərliyi nəticə çıxarmağa borclu olmuşdur. Qazax Rayon Təhsil öbəsinin 66 nömrəli 12.03.2012-ci il tarixli əmri ilə 5 məktəbdənkənar müəssisələrində qrupların azalması ilə əlaqədar yaradılımış komissiyanın 09 aprel 2012-ci il tarixdə 01 protokol nömrəli iclası keçirilmişdir. Komissiyanın sədri təhsil şöbəsinin sabiq müdiri Əhməd Dərgahquliyevin çıxışını olduğu kimi yazırıq: “Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 17.01.2011-ci il tarixli 116 nömrəli əmri ilə Qazax RTŞ-nin tabeçiliyində fəaliyyət göstərən 5 məktəbdənkənar təhsil müəssisəsində 324 qrupdan 85-i saxlanılmasına dair etirazım yoxdur”. Yəni monitorinq komissiyasının rəyi ilə razılaşmışdır. Hətta, maliyyə nazirliyinin rayon şöbəsində çalışan komissiya üzvü Elçin Rzayev də qanunauyğun olduğunu təsdiqləımişdir. O cümlədən, 324 qrupdan 85 qrupun qalması məqsədəuyğun hesab edilib. Şübhəsiz ki, iclas protokolundan çıxarışlar edilib 5 məktəbdənkənar müəssisə direktorlarına ləğv olunmuş qrupların siyahısı da göndərilmişdir. Bir haşiyəyə çıxaq. Müəssisə direktorlari hansısa qrupu saxlamağa cəhd etsəydilər belə alınmazdı. Çünki həmin məktəbdənkənar müəssisələr müstəqil maliyyəçi deyillər. Maraqlı məqam nədir? Uşaq yaradıcılığı mərkəzinin direktoru əmr və göstərişlərə əsasən fəaliyyəti dayandırılmış qrupları elan edib ve əmrləşdirib. Yuxarı distansiyaların yoxlaması zamanı Nəsibova Vüsalə Eldar qızının da rəhbərlik etdiyi dərnək, şöbənin fəaliyyətsizliyi ucbatından qapanmışdır. Özünü yuxarıların qohumu hesab edən Nəsibova Vüsalə Qazax Rayon Məhkəməsində iddia qaldıraraq işə bərpa olunmasını tələb etmişdir. Daxail olan məlumatda deyilir ki, Qazax rayon məhkəməsinin hakimi, maliyyə nəzarəti xidmətinin monitorinq nəticəsini, rayon təhsil şöbəsinin iclas protokoluna məhəl qoymadan Vüsaləni işinə bərpa etmiş, hətta boş vaxtlar üçün məvacibin ödənilməsini də tələb qoymuşdur. Maliyyə nazirliyi, təhsil nazirliyi məsləhət bildiyi, gərəksiz hesab etdiyi ştat vahidini məhkəmə dirildir. İndiki ağır zamanda maliyyə nazirliyinə əks gedən qrumların rəhbərliyi ciddi düşünməlidir. Məhkəmə müstəqilliyi yəqin ki, dövlət mənafeyinə uyğun olmalıdır. Qarşı tərəfi də dinləməyə hazırıq... Geri dön |