Ana Sayfa > Təhsil > Sağlamlıq imkanları məhdud 18 gənc tələbə oldu

Sağlamlıq imkanları məhdud 18 gənc tələbə oldu


11-09-2019, 10:27. Yazar: sevinc1
Sağlamlıq imkanları məhdud 18 gənc tələbə oldu


Hazırda muxtar respublika əhalisinin 35,79 faizini uşaqlar təşkil edir. Bunlardan 113-ü valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, 1847-si sağlamlıq imkanları məhdud uşaqlardır.

Azvision.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova
deyib.

Onun sözlərinə görə, 2019-cu ildə 1515 uşaq ali təhsil müəssisələrinə qəbul olub ki, bunlardan 18-i sağlamlıq imkanları məhdud, 4-ü valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlardır.

"Bu il qəbul imtahanlarında 281 uşaq 500-700 arası bal toplayıb. Bunlardan 3-ü sağlamlıq imkanları məhdud uşaqlardır. Bu il orta ixtisas təhsili müəssisələrinə qəbul olanlardan 5-i isə bu kateqoriyadan olan uşaqlardır".
Geri dön