Ana Sayfa > İqtisadiyyat > Pərviz Şahbazov Əbu-Dabidə Asiya Enerji Nazirlərinin 8-ci görüşündə çıxış edib

Pərviz Şahbazov Əbu-Dabidə Asiya Enerji Nazirlərinin 8-ci görüşündə çıxış edib


10-09-2019, 17:44. Yazar: sevinc1
Pərviz Şahbazov Əbu-Dabidə Asiya Enerji Nazirlərinin 8-ci görüşündə çıxış edib



Energetika naziri Pərviz Şahbazov BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən “Asiya Enerji Nazirlərinin 8-ci Görüşü”ndə Azərbaycanı təmsil edib.

Energetika Nazirliyindən aia.az-a verilən məlumata görə, nazir “Rəqabətli və məhsuldar enerji üçün yeni texnologiyaların rolu” mövzusunda çıxış edib.

Nazir çıxışında növbəti 20 ildə enerjiyə tələbatın ağırlıq mərkəzinin Asiya regionuna düşəcəyi ilə bağlı proqnozlara istinad edərək, enerjiyə artan tələbatın ödənilməsi ilə eyni vaxtda karbon emissiyalarının azaldılması kimi məsələlərin həlli baxımından tədbirin əhəmiyyətini qeyd edib. Dünya enerji sistemində texnologiyaların böyük dəyişikliklərə yol açdığını vurğulayan nazir sənaye üsulu ilə ilk neftin çıxarılmasından bu günədək Azərbaycanın enerji sektorunda texnoloji yeniliklərin tətbiqi ilə bağlı təcrübəsini bölüşüb. Dünyanın ən nəhəng infrastruktur və qlobal enerji təhlükəsizliyi layihələrindən sayılan, artıq yekunlaşmaqda olan “Cənub Qaz Dəhlizi”ni və onun resurs mənbəyi -“Şahdəniz” yatağının işlənməsini qabaqcıl mühəndislik və texnoloji uğurun nümunələri kimi diqqətə çatdırıb. Energetika naziri Azərbaycanın enerji ölkəsi kimi davamlı inkişafı üçün Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ekoloji cəhətdən təmiz texnologiyalardan, bərpa olunan enerjidən istifadənin genişləndirilməsinə və energetika sektorunun liberallaşdırılmasına imkan yaradan islahatların həyata keçirilməsindən bəhs edib: “Bu gün Azərbaycanın enerji siyasətində izlənilən kurs təbii ehtiyatlarımızdan səmərəli, bərpa olunan alternativ enerji mənbələrindən isə tam şəkildə istifadəyə yönəlib. Ölkədə elektrik enerjisinin 92%-i ənənəvi enerji resurslarından-təbii qazdan əldə edir. Bir tərəfdən, ən yeni texnologiyalar tətbiq etməklə təbii qazla işləyən elektrik stansiyalarında yüksək nəticələr əldə etmək, stansiyaların faydalı iş əmsalını yüksəltmək, enerji səmərəlliliyinə nail olunması istiqamətində tədbirlər görülür. Digər tərəfdən isə karbon emissiyalarını daha çox elektroenergetika sektorunun yaratdığını nəzərə alaraq elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrinin payını artırmağa çalışırıq.”

Nazir təmiz, məhsuldar və dayanıqlı enerji ilə dolu gələcəyin yaradılması üçün beynəlxalq əməkdaşlığın vacibliyinə də toxunub və Azərbaycanın bərpa olunan enerji sahəsində də belə bir əməkdaşlığa açıq olduğunu bildirib.


aia.az
Geri dön