Ana Sayfa > İdman > Ronaldo reklamdan 200 milyon dollar qazanacaq

Ronaldo reklamdan 200 milyon dollar qazanacaq


10-09-2019, 17:29. Yazar: sevinc1
Ronaldo reklamdan 200 milyon dollar qazanacaq


İtaliyanın "Yuventus" klubunun hücumçusu Kristiano Ronaldonun "Nike" şirkəti ilə imzaladığı yeni müqavilənin detalları bəlli olub.
Azvision.az xəbər verir ki, "Football Leaks"-in yaydığı məlumata görə, Ronaldo bu əməkdaşlıqdan bonuslarla birlikdə 200 milyon avro qazanacaq.

Müqaviləyə əsasən, portuqaliyalı ulduzun təmiz gəliri 162 milyon avrodur. O, "Qızıl Top" üçün 4 milyon, "Yuventus" Çempionlar Liqasının qalibi olarsa 5 milyon, Çempionlar Liqasında "Qol kral"ı olarsa 1 milyon və s. bu kimi əlavə bonuslarla birlikdə ümumilikdə 200 milyon avro əldə edəcək.

Hazırda 11 sponsoru olan Ronaldo 20 müxtəlif markanın reklamına çəkilib. "İnstagram", "Facebook" və "Twitter"də 270 milyona yaxın izləyicisi olan Ronaldo "İnstagram"dakı hər paylaşımına görə 1 milyon dollar gəlir əldə edir.


aia.az
Geri dön