Ana Sayfa > Dünya > İranda keçmiş nazirin qızı rüşvətə görə həbs olundu

İranda keçmiş nazirin qızı rüşvətə görə həbs olundu


9-09-2019, 10:39. Yazar: sevinc1
İranda keçmiş nazirin qızı rüşvətə görə həbs olundu


İranın keçmiş Sənaye nazirinin qızı Şəbnəm Nemətzadə dərman bazarında qeyri-qanuni yollarla ticarətlə məşğul olduğuna görə həbs edilib.

Məlumatda bildirilir ki, sentyabr ayının 15-də Şəbnəm Nemətzadə bu işdə şübhəli bilinən Əhməd Rza Laşkaripur ilə birgə hakim qarşısına çıxarılacaq.

Təqsirləndirilən şəxslərin yerli dərman, qida və içki bazarından qeyri-qanuni yollarla 42 milyon dollardan çox pul mənimsədiyi bildirilir.

Qeyd edək ki, Şəbnəm Nemətzadə daha əvvəl də dərman qaçaqmalçılığı ilə 1,5 milyon dollar məbləğində pul vəsaiti oğurladığına görə hakim qarşısına çıxarılıb.


aia.az
Geri dön