Ana Sayfa > Karusel / Parlament > Polis cinayətkarı 16 il sonra tapdı
Polis cinayətkarı 16 il sonra tapdı9-09-2019, 10:19. Yazar: sevinc1 |
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları axtarışda olan şəxsi saxlayıblar. DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan aia.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə barəsində axtarış elan olunmuş Cəlilabad rayon Gülməmmədli kənd sakini Hikmət Ağayev Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində saxlanılıb. Qeyd edək ki, H.Ağayev 02.01.2003-cü ildən axtarışda olub. aia.az Geri dön |