Ana Sayfa > Qərbi Azərbaycan > Ayaqların şişməsi hansı xəstəliyin əlamətidir? -

Ayaqların şişməsi hansı xəstəliyin əlamətidir? -


9-09-2019, 09:13. Yazar: sevinc1
Ayaqların şişməsi hansı xəstəliyin əlamətidir? -


"Ürək çatışmazlığı varsa, ürəyin qanı vurma və toplama gücü azaldığından bədəndəki qan damarlarda yığılır, hidrostatik təzyiq nəticəsində damar xaricinə çox miqdarda maye sızır və şiş yaranır".

aia.az xəbər verir ki, bu sözləri Türkiyəli endokrinoloq Öndər Ovalı deyib.

Mütəxəssis vurğulayıb ki, ödəm xəstəlik deyil, xəstəlik əlamətidir:

"Uzun avtobus səfərlərindən sonra hər kəsin ayaqlarında müəyyən qədər şiş yaranır. Ya da bir yerə şiddətli vurduğumuz zaman o nahiyə şişməyə başlayır. Travma və dəri infeksiya kimi toxuma bütövlüyünün və müqavimətinin pozulduğu hallarda ödəm əmələ gəlir. Normalda dəri və digər toxumalarda hüceyrələr arası məsafədə görünməyən səviyyədə bir miqdar maye var. Ancaq toxumalarda normadan artıq maye yığılmasına ödəm deyilir. Yığılmış mayenin həcmi beş litrdən çox olduqda ödəm insanın zahiri görkəmində özünü hiss etdirir".

O bildirib ki, ödəmin əsas səbəbi ürək çatışmazlığı ola bilər. Həkimin sözlərinə görə, ödəmin təsiri ayaqlarda daha qabarıq olmaqla yanaşı, gələcək mərhələdə budlarda, beldə, qarın boşluğunda, bədənin hər yerində, hətta daxili orqanlarda belə yarana bilər. Xüsusilə ağciyərdəki ödəm səbəbilə xəstələr təngənəfəslikdən əziyyət çəkir və bu xəstələr oturaq vəziyyətdə yatmaq məcburiyyətində qalır".

Şişkinliyin digər səbəbləri kimi allergiya, hormonal pozğunluq, böyrəklərin zəif işləməsi, ürəyin zəif olması, hədsiz çox su içmək, düzgün qidalanmamaq, oturaq həyat tərzi, ayağı ayağın üstünə aşırıb oturmaq, oturaq iş, isti hava, narahat ayaqqabı, hamiləlik, böyrək və həzm sistemi xəstəlikləri göstərilib. (publika.az)

aia.az
Geri dön