Ana Sayfa > Manşet / Siyasət > Əli Əhmədov:

Əli Əhmədov:


6-09-2019, 15:26. Yazar: sevinc1
Əli Əhmədov:


Ehtiyacı olana qan vermək həmişə insanın ən nəcib əməllərindən hesab olunub. İnsan öz qanını verməklə kiminsə şəfa tapmasına, sağalmasına, bəlkə də həyata qayıtmasına vəsilə olur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, bu gün YAP-ın ən nəcib layihələrdən biri baş tutdu, çoxsaylı partiya üzvlərinin qanvermə aksiyası keçirildi.

Baş nazirin müavini əlavə edib ki, bundan daha nəcib iş, daha böyük insanpərvərlik və xeyirxahlıq təsəvvür etmək mümkün deyil:

“Bir neçə yüz fəalımız qanvermə aksiyasına qoşuldu. Aksiyada iştirak edən hər bir partiya üzvünə - gənclərə, qadınlara, millət vəkillərinə minnətdarlığımı bildirmək istəyirəm. Düşünəndə ki, bizim verdiyimiz qan kimlərəsə kömək olacaq, həyata qaytaracaq, ömrünü uzadacaq, bu həqiqətən böyük mənəvi rahatlıqdır”.

aia.az
Geri dön