Ana Sayfa > Təhsil > DİM üzrlü səbəbdən imtahana gəlməyənlərə şans verdi

DİM üzrlü səbəbdən imtahana gəlməyənlərə şans verdi


6-09-2019, 11:30. Yazar: sevinc1
DİM üzrlü səbəbdən imtahana gəlməyənlərə şans verdi


Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün sentyabrın 8-də əlavə imtahan keçirəcək.

Mərkəzdən aia.az -a verilən məlumata görə, buraxılış imtahanları Bakı və Gəncə şəhərlərində təşkil olunacaq.

İmtahanlarda IX sinif buraxılış imtahanının I mərhələsi üzrə 668, II mərhələsi üzrə 443, XI sinif üzrə 120 şagirdin iştirakı gözlənilir. Bundan əlavə Azərbaycan dilindən fərqli bölmə üzrə təhsil alan 58 şagird Azərbaycan dili imtahanı verəcək.

İmtahanların idarə olunması üçün 12 imtahan rəhbəri, 97 nəzarətçi-müəllim ayrılıb.

İmtahanlar bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.


aia.az
Geri dön