Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Rus qırıcıları Türkiyə maşınlarını bombaladı

Rus qırıcıları Türkiyə maşınlarını bombaladı


30-01-2016, 14:01. Yazar: admin


Rusiya təyyarələri Suriyada Türkiyəyə aid TIR-ları bombalayıb.

Aia.az publika.az-a istinadən bildirir ki, Türkiyədən göndərilən yardımları Hələb vilayətinə aparan Suriya nömrəli türk TIR-ları Azez qəsəbəsi yaxınlığında Rusiya təyyarələri tərəfindən bombalanıb.

Hücum nəticəsində çoxlu sayda TIR yanıb. Yardım aparan nümayəndə heyətinin 12 üzvü yaralanıb. Yaralılardan ikisi həyatını itirib.

Qeyd edək ki, son günlər Türkiyə və Rusiyanın Suriyada müharibəyə başlaya biləcəyi ehtimalları səsləndirilir. Xüsusilə hər iki ölkənin Türkiyə-Suriya sərhədində möhkəmlənməsi, sərhədə yaxın ərazilərə qoşunlar yığması müharibə narahatlığını artırır. Misal üçün, İngiltərənin "Times" qəzeti artıq Rusiya-Türkiyə müharibəsinin yaxın olduğunu yazıb.

Bu gözləntilər fonunda, türk TIR-larının Rusiya qırıcıları tərəfindən vurulması yeni alov üçün qığılcım ola bilər.
Geri dön