Ana Sayfa > Parlament > Masazırda avtoyuma məntəqəsində faciə:
Masazırda avtoyuma məntəqəsində faciə:4-09-2019, 11:40. Yazar: sevinc1 |
Abşeron rayonunda avtomobil yuyan şəxsi elektrik cərəyanı vurub. Trend-in məlumatna görə, hadisə rayonun Masazır qəsəbəsində, "Əlincə" Futbol klubunun qarşısındakı avtoyuma məntəqəsində baş verib. Avtoyuma məntəqəsində işləyən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Aqapov Vadim Viktoroviç "Zil" markalı yük avtomobilini yuyarkən açıq elektrik xəttinə toxunub. Nəticədə o, yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |