Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Nazirlik Bakıda yanğında xəsarət alanlarla bağlı məlumat yayıb
Nazirlik Bakıda yanğında xəsarət alanlarla bağlı məlumat yayıb4-09-2019, 10:19. Yazar: sevinc1 |
Səbail rayonu Nizami küçəsində gecə saatlarında baş verən yanğın zamanı 3 nəfər təcili yardıma müraciət edib. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə yerinə gələn təcili tibbi yardım briqadasına hər hansı bir yanıq xəsarəti ilə müraciət edən olmayıb: "Təcili yardım briqadasına nevrotik reaksiya diaqnozu ilə 1 kişi və 2 qadın yaxınlaşıb. Müraciət edənlərə yerində yardım göstərilib". Xatırladaq ki, ötən gün gecə saatlarında Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli binada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. aia.az Geri dön |